Musiqi
Musiqi

Yap10-dan Dubayda klip, yeni albom!

Yap10-dan Dubayda klip, yeni albom!

Bir çox hit mahnının söz yazarı, “Boyum olsa da, 1.50” ifadəsi ilə viral olan reper Yap10 (Zamiq Əliyev) 1 ilə yaxındır ki, üzərində çalışdığı albomunu tamamlayıb.

OLAY yazır ki, reperin “YinYanq” adlanan albomu fevralın 23-dən etibarən işıq üzü görəcək. 

Sənətçi albomun “TechBoss3" sinqlına Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində klip çəkdirib.

Son zamanlar ilklərə imza atan artistin maraqla gözlənilən albomunda musiqi ilə qara repin vəhdətinə yer verilib. 

Sənətçi qeyd edib ki, “YingYang” fəlsəfəsi hər yaxşıda bir pis, hər pisdə bir yaxşı, hər ağ rəndə qara, hər qarada ağ nöqtədir. 

Eynən “YingYang” albomu kimi yəni “ağ” musiqi fonunda “qara” sözlər, “qara” musiqi fonunda “ağ” sözlər yer alıb.