Gəncə Dövlət Filarmoniyasında bəstəkar-müğənni Murad Ariflə gəncəlilərin musiqili görüşü baş tutub.
OLAY yazır ki, sevənləri konsertdə Murad Arif mahnılarını əzbərdən oxuyub. Sənətçi bildirib ki, Gəncə əhlinin çox məmnun qaldığını, alqışları, sevgini nəzərə alaraq payızda geniş bir proqramla Gəncədə konsert verəcək.
Qeyd edək ki, Murad Arif hazırda 23 May Heydər Əliyev Sarayında düzənlənəcək "HITMAKER" adlı solo-konsertinə hazırlaşır.