Müğənni Selena Qomez yeni yayımlanan "Single Soon" mahnısının keçmiş sevgilisi The Weeknd həsr etdiyi ilə bağlı iddialara cavab verib.
OLAY yazır ki, şayiələrin çoxalması Qomezi açıqlama verməyə vadar edib.
"İnstaqram" səhifəsində məlumat paylaşan Qomez "Daha çox yanlış ola bilməzdi" ifadəsini işlədib.
Qeyd edək ki, Selena Qomez və The Weeknd 2017-ci ildə doqquz aylıq münasibətdən sonra ayrılıblar.