"Uşaqlıqda gördüyüm dünyayla indiki dünya çox fərqlidir. O zamanlar ağaclar çox uca və əzəmətli görünürdülər. Gecələr yarpaqların xışıltısına qulaq asardım. Nənəmdən ağaclar nə deyir soruşardım. Səhər quşların səsinə oyanardım. Sanki mənim üçün nəğmə deyirdi quşlar. Təbiətin səsini eşidirdim, dünya çox gözəl və böyük görünürdü".
OLAY yazır ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb.
"İnsanları eşidib tanımağa başlayandan sonra dünya da dəyişdi, mən də dəyişdim. Biz bu dünyaya gələndə saf oluruq axı. Bizi insanlar dəyişir. Onların bizə olan münasibəti, beynimizə yeridilən fikirlər…" - deyə o qeyd edib.