Musiqi
Musiqi

Fanat zarafatanın qurbanı oldu

Fanat zarafatanın qurbanı oldu

Reper Nikki Minaj uğursuz zarafatın qurbanı olub.

OLAY yazır ki, reper bununla həmin şəxsi məsuliyyətə cəlb etmək niyyətindədir. 

Bir neçə ay əvvəl anonim şəxs Los-Anceles polisinə zəng edərək Nikinin öz oğlu ilə kobud rəftar etdiyini bildirib. Hüquq-mühafizə orqanları Minajın evinə gələn zaman orada şübhə hal ilə qarşılaşmayıblar. 

Ardınca məşhurun evində baş verən yanğınla bağlı daha bir şikayət gəlib. Bu da yalan məlumat olub. 

Araşdırma zamanı yalan məlumatı verən şəxsin Stefani Bell adlı bir qız olduğu ortaya çıxıb. 

Nikki Minaj sosial şəbəkə hesablarında hadisənin günahkarını tapmaqda göstərdiyi köməyə görə detektivə təşəkkür edib və pərəstişkarlarını məlumatlandırıb.

Bunu edən fanata qarşı artıq iki ittiham irəli sürülüb.