Məşhur müğənni Madonna xəstəxanaya yerləşdirildiyi üçün təxirə salınan dünya turnesinin məşqlərini bərpa edib.
OLAY yazır ki, ifaçının yaxınları onun hələ də sağalma dövründə olmasına baxmayaraq, məşqlərə qayıtdığını açıqlayıblar.
Sənətçi tura hazırlıq üçün bir neçə məkanı icarəyə götürüb. Həmin məkanlar Nyu-Yorkda və Londonda yerləşir.
Qeyd edək ki, 84 şoudan ibarət tur iyulun 15-də Torontoda başlamalı və 30 yanvar 2024-cü ildə başa çatmalı idi.