Müğənni Beyons Vaşinqton metrosunun iş vaxtını bir saat uzatmaq üçün 100 min dollar ödəyib.
OLAY yazır ki, Beyonsun Vaşinqtondakı konserti əlverişsiz hava şəraiti səbəbindən iki saata yaxın təxirə salınıb.
Konsertə gələnlərin evə metro ilə rahat çatması üçün ifaçı metronun əlavə iş saatını üçün ödəniş edib.
100-ə yaxın metro stansiyası çıxış üçün açıq olub, giriş isə stadionun yerləşdiyi Morqan bulvarında olub.
Qeyd edək ki, Beyons hazırda "Renessans" dünya turundadır. Bu, amerikalı müğənninin oktyabrın 1-dək davam edəcək 9-cu konsert turudur.