Müğənni Səmra Rəhimli "İnstagram"-da ödənişli mavi təsdiq nişanı ilə bağlı narazılığını bildirib.
OLAY yazır ki, ifaçı eyni zamanda hesabının "Eurovision"da Azərbaycanı təmsil etdiyi zaman təsdiqləndiyi üçün hazırda sosial şəbəkədəki adında dəyişiklik edə bilmir.
"Əziz Mark, bu "qaloçka"nı məndə ləğv etsən elə yaxşı oğlan olarsan, təsəvvür etmirsən. Həm adımı dəyişmək üçün lazımdır, həm də artıq şitini çıxardın bu "qaloçka" mövzusunun" - deyə Səmra qeyd edib.