Musiqi
Musiqi

Oteldə huşunu itirən Depp əsa ilə görüntüləndi

Oteldə huşunu itirən Depp əsa ilə görüntüləndi

Amerikalı aktyor və müğənni Conni Depp əsa ilə görüntülənib.

OLAY yazır ki, görüntülər Deppin ABŞ-ın Boston şəhərindəki konsertindən əvvəl çəkilib. Onun əsa ilə olmasına səbəb isə ayaq biləyindən aldığı zədədir. 

Bundan öncə sənətçinin "The Hollywood Vampires" qrupunun konsertinin zədə səbəbindən təxirə salındığı açıqlanıb. Lakin Deppin şou ərəfəsində xoşbəxt göründüyü vurğulanıb.

Qeyd edək ki, Conni Depp Budapeştdəki konsertindən əvvəl otel otağında huşunu itirib. Hadisə konsertdən öncə baş verib. Onun otağına həkim çağırılıb. Onun huşunu itirmə səbəbi açıqlanmayıb.