“Araşdırmaçı jurnalistlər bildiriblər ki, ən zəngin müğənni Nüşabə Ələgərlidir. Lakin müzakirələrdən sonra dedilər ki, ən zəngini Röya Ayxandır”.
OLAY yazır ki, bu sözləri aparıcı Elgiz Əkbər verilişində qonaq etdiyi Xalq artisti Röya Ayxanla söhbəti zamanı deyib.
Aparıcının sözlrinə cavab olaraq Röya Ayxan bildirib ki, gənc yaşlarında məhz Nüşabə Ələsgərli kimi, obyektlərə sahib olmağı arzuladığını açıqlayıb: “Mən yaxşı şeylər arzulamışam. Deməmişəm ki, filan müğənni necə qazandı? Demişəm ki, mənim də onun kimi maşın kolleksiyam, evlərim olacaq. O həyatı da özüm üçün qurmuşam. Evimi 5 ilə güclə tikdim. Nəzarət edənim yox idi. Sonrakı söz-söhbətlər... Beş ildə əziyyətlə ev tikdirdim, dedilər o, bu “podarka” verib”.