Türkiyəli tanınmış müğənni Petek Dinçöz yay aylarında fasiləsiz olaraq həm ölkə daxilində, həm də xaricdə yeni sinql və mahnılar çıxarmağa, konsertlər verməyə davam edir.
OLAY yazır ki, sənətçi bu dəfə "Yandırdın qəlbimi" adlı mahnısı ilə kamera qarşısına keçib.
Maraqlı görüntülərdən ibarət videoklip üçün Bülent Ersoy Dinçözə Londondan aldığı 15 min funt-sterlinqlik corabları verib.
Ersoy həmçinin klipdə istifadə etməsi üçün xüsusi hazırlanmış və dəyəri 1 milyon TL-ni keçən "Harem" kolleksiyasını Petek Dinçözə təqdim edib.
Klipin rejissoru Erkan Nasdır.