Musiqi
Musiqi

Boşanma vəkillərinə müraciət etdi

Boşanma vəkillərinə müraciət etdi

Dünyaca məşhur müğənni və aktrisa Cennifer Lopez boşanma vəkillərinə müraciət edib. 

OLAY yazır ki, C.Lopez gələcəkdə özünü sığortalamaq istəyir. Bir neçə uğursuz evlilikdən və sevgi münasibətindən sonra o, hər şeyə hazır olmaq qərarına gəlib. Buna görə də onun xahişi ilə vəkillər müqavilə forması hazırlayıblar.

Müqavilədə boşanma halında ər-arvadın əmlakı necə bölüşdürəcəklərini ətraflı izah edilir.

Şayiələrə görə, Ben Afflek həyat yoldaşının dincliyi üçün hər şeyə hazırdır. O, Cenniferi xoşbəxt saxlamaq üçün hər şeyi imzalamağa hazırdır. Çünki keçmiş mübahisələrdən yorulub.