Musiqi
Musiqi

Sezen Aksunun evində dəhşətli anlar: Azərbaycanlı qadın ölümlə hədələdi

Sezen Aksunun evində dəhşətli anlar: Azərbaycanlı qadın ölümlə hədələdi

Məşhur müğənni Sezen Aksunun Beykozdakı malikanəsinə girmək istəyən qadın mühafizəçilərə hücum edərək Aksunu ölümlə hədələyib.

OLAY yazır ki, Sezen Aksu həmin şəxsin 4 dəfə onun evinə girməyə cəhd edib.

Xəbərə görə, gecə saat 02:00 radələrində Aksunun evinin zəngi çalıb.  47 yaşlı Azərbaycan əsilli qadın “Sezen xanımla görüşmək istəyirəm” deyib.

Mühafizəçi gec olduğunu bildirərək etiraz edib. Qadın mühafizəçini itələyərək bağçaya daxil olub. Bir anda çaşqınlıq yaranıb.

Sezen Aksu evinə girməyə çalışan qadından şikayətçi olub. O, polisə verdiyi ifadədə bunları deyib:

"Həmin şəxs mart, may, iyul və oktyabr aylarında 4 dəfə qapını zorlayaraq, hədə-qorxu gələrək, təhqir edərək evimə daxil olmağa cəhd edib. Evimə ziyan vurub. Onu fanat kimi qəbul etdiyim üçün indiyə qədər şikayətçi olmamışam. İndiki mərhələdə həyatım üçün təhlükə yarandığına görə şikayət edirəm”.

Beykoz Prokurorluğu istintaqını yekunlaşdırıb. Onun barəsində hədə-qorxu və israrlı təqibə görə 1 ildən 4 ilədək azadlıqdan məhrum etmə tələbi ilə iddia qaldırılıb.