Musiqi
Musiqi

Vətənində sonuncu konsertini verdi

Vətənində sonuncu konsertini verdi

Britaniyada 76 yaşlı müğənni, pianoçu və bəstəkar Elton Con vida turu çərçivəsində Qlastonberi festivalında çıxış edib.

OLAY yazır ki, bu, onun vətənindəki son konserti olub.

"Bu mənim üçün emosiya ilə doludur, çünki həyatımdakı son çıxışım ola bilər" - deyə Con çıxışı zamanı bildirib. 

O, pərəstişkarlarına 52 illik heyrətamiz sevgi və sədaqət üçün təşəkkür edib.

 Elton Conun oktyabrda studiyaya qayıdacağı və növbəti albomu üzərində işə başlayacağı bildirilib.

Piano arxasında əyləşən musiqiçi ən məşhur bəstələrinin əksəriyyətini tamaşaçılar qarşısında ifa edib. Konsert “Rocket Man” mahnısı ilə başa çatıb. Ardınca atəşfəşanlıq olub. 

Qeyd edək ki, Elton Conun 2018-ci ilin sentyabrında başlayan “Əlvida Sarı Kərpic Yolu” konsert turunun 2021-ci ildə başa çatması və müğənninin karyerasının sonuncusu olması planlaşdırılırıb. 

Lakin sənətçinin xəstəliyi və koronavirus pandemiyası səbəbindən konsertləri bir neçə dəfə təxirə salınıb.