Dünyaca məşhur mop müğənnisi Keşa və musiqi prodüseri Dr. Luke uzun illər əvvəl məhkəmədə açılan böhtan iddiasını həll etmək üçün razılığa gəlib.
OLAY yazır ki, ulduzlar instaqramda açıqlama yayaraq bu işdə razılığa gəldiklərini söyləyiblər.
Qeyd edək ki, tərəflər arasında qalmaqal 2014-cü ildə başlamışdı. Keşa prodüserin ona zorakılıq etdiyini açıqlayaraq qarşı tərəfi məhkəməyə vermiş, Dr. Luka isə sənətçinin müqaviləsinə xitam vermək üçün ona qarşı zorlama iddiaları uydurduğunu iddia etmişdi.
Elə həmin il ifaçı müqaviləsini ləğv etməyi tələb edərək prodüseri məhkəməyə verdi. Vəkillərinin dediyinə görə, Luka Keşanı az qala həyatını itirəcək qədər cinsi, fiziki, şifahi və emosional şəkildə təhqir edib.