Bu il Azərbaycanda iki əlamətdar tarix - ümumilli lider Heydər Əliyevin 100 illik yubileyi və ulu öndərin hakimiyyətə qayıdışının 30 illiyi qeyd edilir. Bu münasibətlə 15 iyun – Milli Qurtuluş Günündə Heydər Əliyev Mərkəzinin parkında konsert proqramı təqdim ediləcək.
OLAY yazır ki, konsertə populyar müğənnilər və kollektivlər dəvət olunub. Azərbaycanın tanınmış estrada ulduzlarının, sevilən muğam və milli mahnılarımızın ifaçılarının iştirak edəcəkləri konsert proqramı saat 20:00-da başlayacaq.
Həmin gün Heydər Əliyev Mərkəzinin parkına gələn hər bir kəs möhtəşəm qala-gecənin iştirakçısına çevriləcək, bir çoxlarımızın əzbər bildiyi mahnıları ifaçılarla birlikdə ifa edib, bu bayram gününü yüksək əhvali-ruhiyyə ilə keçirmək imkanı qazanacaq.
Konsertdə Xalq artistləri Alim Qasımov, Emin, Faiq Ağayev, Aygün Kazımova, Mübariz Tağıyev, Zülfiyyə Xanbabayeva, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Tünzalə Ağayeva, Röya Ayxan, İlqar Muradov, Azər Zeynalov, Bilal Əliyev, Miri Yusif, Ağadadaş Ağayev, Şəmistan Əlizamanlı, Əməkdar artistlər Abbas Bağırov, Aybəniz Haşımova və “Bülbüllər” qrupu, Aygün Bəylər, Nurlan Növrəsli, Sevda Ələkbərzadə, Xəyyam Nisanov, Lalə Məmmədova, Manana, Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri və Azərbaycan Dövlət Xor Kapellası, Natavan Həbibi, “Natiq” ritm qrupu, Nərmin Kərimbəyova, İlhamə Qasımova, Nigar Camal, Eldar Qasımov, Samirə Əli Məryəm, üqar Əbdülov, və “Zəfər” xoru çıxış edəcəklər.
Konsertə giriş sərbəst olacaq.