Musiqi
Musiqi

Bakıda sonuncu olmuşdu, yenidən gəlir

Bakıda sonuncu olmuşdu, yenidən gəlir

1970-80-ci illərin ikinci yarısında geniş populyarlıq qazanan britaniyalı estrada müğənnisi Engelbert Humperdink yenidən Azərbaycanın paytaxtına səfər edəcək.

OLAY yazır ki, bu barəıdə Xalq artisti Emin Ağalarov bunları qeyd edib: “Yayda konsertim olacaq, böyük sürpriz hazırlamışam. Mən bu yaxınlarda Los-Ancelesdə dostum Engelbert Humperdinklə söhbət edirdim və o, mənim konsertimə gələcək! İlin əvvəlində Devid Fosterin prodüserliyi ilə duet yazdırdıq”.

E. Ağalarovun çıxışı iyulun 22-də “Summer LIVE” yay konserti mövsümü çərçivəsində baş tutacaq.

Xatırladaq ki, E. Humperdink 2012-ci ildə Bakıda keçirilən Avroviziyada Böyük Britaniyanı təmsil etmiş və səsvermə nəticəsində 12 xal toplayaraq “Love Will Set You Free” mahnısı ilə 25-ci yeri tutmuşdu.