Musiqi
Musiqi

Sahiblə Bəturənin mahnısı 14 il sonra trend oldu

Sahiblə Bəturənin mahnısı 14 il sonra trend oldu

Müğənnilər Sahib İbrahimov və Bəturə Hüseynovanın “Sənin xətrinə” mahnısı 14 il sonra trend olub.

OLAY yazır ki, TikTok-da viral olan mahnı 2009-cu ildə təqdim edilib. Mahnının sözləri mərhum şair Nüsrət Kəsəmənliyə, musiqisi Vahid Hocaya məxsusdur.

Qeyd edək ki, B.Hüseynova hazırda Türkiyədə yaşayır. S.İbrahimov isə Azərbaycandakı fəalliyətini davam etdirir.