Dünya şöhrətli “ABBA” pop qrupu “Avroviziya 2024”də çıxış etməkdən imtina edib.
OLAY yazır ki, bu barədə qrupun üzvü Benni Anderson “The Guardian”a məlumat verib.
Sənətçi bildirib ki, komandanın müsabiqədəki qələbəsinin 50-ci ildönümünə baxmayaraq, “ABBA”nın solistləri sözügedən tədbirdə iştirak etməyəcək:
“Mən iştirak etmək istəmirəm. Mən istəmirəmsə, digərləri də istəməyəcək. Dördümüz üçün də bu qərar eynidir. Birimiz “yox” deyirsə, deməli, hamı yox deməkdir”.
Bundan başqa, digər solist Byorn Ulvaes da “ “ABBA”nın qələbəsinin 50 illiyini səhnəyə çıxmadan qeyd edə bilərik” – deyərək, Andersonun fikirlərini dəstəkləyib.
Qeyd edək ki, İsveçi təmsil edən “ABBA” 1974-cü ildə “Avroviziya” Mahnı Müsabiqəsində qalib gəlib.