“Sizə səmimiyyətinizə və dürüstlüyünüzə görə təşəkkür edirəm. Dünən çətin yarımfinal oldu. Gözəl mahnıları olan çoxlu böyük sənətçilər və öz yazdığınız mahnı ilə siz. Bəli siz, mahnısında ölkəsini, öz hissləri və öz hekayəsi ilə təmsil edən bir ilk oldunuz. Onu 200 milyondan çox insan eşitdi. Bu, azərbaycanlı müəlliflər, musiqiçilər, istedadlı insanlar üçün böyük stimuldur. Çalışmaq, inanmaq, çox çalışmaq və yenidən inanmaq lazımdır”.
OLAY yazır ki, bu sözləri Azərbaycanın Avroviziya nümayəndə heyətinin musiqi prodüseri Eldar Qasımov instaqramda yazıb.
“Bu sadəcə bir müsabiqədir. Lotereya. Və mən fəxr edirəm ki, siz bu qədər qısa və çətin bir yola baxmayaraq, çox şey öyrənə bildiniz və doğma şəhərinizdən birbaşa dünyanın ən böyük səhnəsinə çıxdınız. Bu səyahətin hər anını dəyərləndirdiyinizə və hər anından həzz almağı bacardığınıza heyranam.
Eləcə də, stereotipləri qırdığınız üçün sizə minnətdaram. Bu artıq bir tramplindir. Sayənizdə çox yaxın bir neçə ildə beynəlxalq miqyasda musiqi yazan və onun əhəmiyyətini görə bilən musiqiçilərimizin sayı çox olacaq.
Təkcə yarımfinal gecəsi mənasında deyil, çox daha geniş anlamda siz bu cığırın ilk yolçuları oldunuz. İlk olmaq isə hər zaman çətin olduğu qədər də, çox xoş hissdir.
Ən yaxşı - sizsiniz! Sizi sevirəm!”,- deyə Qasımov bildirib.