Əməkdar artist Vasif Məhərrəmli “Xalq Heydər söyləcək” adlı mahnısını təqdim edib.
OLAY yazır ki, sənətçinin layihəsi bir neçə aydır ki, hazırlanır. Mahnı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunub.
Mahnının sözləri Baba Vəziroğluna, musiqisi isə Kamala məxsusdur. V.Məhərrəmli mahnı üçün kamera qarşısına da keçib. Klipin çəkilişini Azərbaycan Dövlət Televiziyası həyata keçirib.
Qeyd edək ki, bəstəni ilk dəfə kvartet şəkildə Xalq artistləri Ilqar Muradov, Brilliant Dadaşova, Ağadadaş Ağayev və Əməkdar artist Rühəndiz Allahverdiyeva oxuyub.