Musiqi
Musiqi

Kirkorovdan 4,5 milyon tələb edirlər

Kirkorovdan 4,5 milyon tələb edirlər

Rusiyanın Xalq artisti Filipp Kirkorovun konsertinin təşkilatçıları müğənnini məhkəməyə vermək və 4,5 milyon rubl tələb etmək niyyətindədirlər.

OLAY yazır ki, bu barədə “Mash” nəşri məlumat yayıb. Qeyd olunub ki, şirkət nümayəndələri Voronejdə 2022-ci ilin payızında baş tutmalı olan, lakin fəalların xahişindən sonra təxirə salınan konsertə görə təzminat istəyirlər.

Xatırladaq ki, aprelin 3-də Novosibirskdə “Qlobus” teatrının yaxınlığında Kirkorovun çıxışına qarşı piket keçirilib. Məlumdur ki, 23 ictimai təşkilat konsertə icazə verilməməsi xahişi ilə vilayət rəhbəri Andrey Travnikova müraciət imzalayıb. Fəalların narazılığına səbəb sənətçinin Kreml sarayında müğənninin çarmıxa dırmaşması olub.