Musiqi
Musiqi

ABBA-nın üzvü vəfat etdi

ABBA-nın üzvü vəfat etdi

ABBA qrupunun gitaraçısı Lasse Velander 70 yaşında vəfat edib.

OLAY yazır ki, “Sevimli Lassenin əbədi yuxuya getdiyini izah etməsi mümkün olmayan bir kədərlə xəbər verməyə məcburuq”, - deyə, onun qohumları məlumat yayıb.

Velanderin ailə üzvlərinin dediyinə görə, son vaxtlar musiqiçinin xərçəng xəstəliyinin sürətlə inkişaf etdiyi məlum olub. O, aprelin 17-də vəfat edib.

Qeyd edək ki, Velander 1974-cü ildən İsveç kvartetinin bütün albomlarının yazılmasında iştirak edib və 1982-ci ildə dağılana qədər qrupla birlikdə çalışıb.