Builki Avroviziya təmsilçilərimiz Tural və Turan qardaşların kimliyi hər kəsə maraqlıdır.
OLAY müsabiqə iştirakçıları haqda qısa və maraqlı faktları təqdim edir:
Sənətçilər 30 oktyabr 2000-ci ildə Zaqatalada anadan olub. Onlar bildiriblər ki, musiqi məktəbinə getməsələr də, fortepiano ilə tanışlıqları orta məktəbdə olub.
Bu musiqi aləti onlara çox maraqlı gəlib. Hətta dərslərdən yayınıb mahnılar öyrənməyə başlayıblar.
Əkizlərin musiqi savadlarının təməli də o pianoda qoyulub. Sonra ataları onlara ikinci əl sintezator alıb.
Sənətçilər sonralar gitarada ifa etməyə başlayıblar. Əkizlər deyirlər ki, İTV-nin təmsilçi axtarışı ilə bağlı elanını sosial şəbəkədə görüblər və öz müəllifləri olduqları mahnını göndəriblər. Geri dönüş ediləcəyini düşünməsələr də, seçiliblər.