Musiqi
Musiqi

Bu, Avstraliyanın Avroviziyada son iştirakıdır?

Bu, Avstraliyanın Avroviziyada son iştirakıdır?

Avstraliyanın dövlət kanalı “SBS” 1983-cü ildən Avroviziyanı yayımlayır və 2015-ci ildən iştirak etməyə başlayıb.

OLAY yazır ki, Avropa Yayım Birliyi 2018-ci ildə “SBS” ilə müqavilə imzalayaraq, iştirakını 2023-cü ilə qədər uzadıb.

Sözügedən ölkənin Avroviziyada gələcəyi ilə bağlı hələ rəsmi açıqlama verilməsə də, bu il Avstraliyanın iştirak etmək üçün sonuncu ili olacaq.

Avstraliya nümayəndə heyətinin rəhbəri Pol Klark açıqlama verərək, Avropaya təşəkkür edib.

Qeyd edək ki, ölkəni bu il “Promise” mahnısı ilə “Voyager” qrupu təmsil edəcək.