Musiqi
Musiqi

Bakıda qalib ola bilməmişdi, yenidən yarışacaq

Bakıda qalib ola bilməmişdi, yenidən yarışacaq

Moldovanı “Avroviziya-2023”də təmsil edəcək ifaçı və mahnısı açıqlanıb.

OLAY yazır ki, yarışmada Paşa Parfeni “Soarele şi luna” adlı mahnı ilə yer alacaq.

Qeyd edək ki, Parfeni daha əvvəl 2012-ci ildə Bakıda baş tutan sözügedən müsabiqədə “Lautar” mahnısı ilə ölkəsini təmsil edib və 81 xal toplayaraq on birinci yeri tutub.

Paşa Parfeni kimdir?

36 yaşlı Paşa gənc yaşlarından musiqinin əhatəsində olub. Anası piano müəllimi, atası isə müğənni və gitara ifaçısı olan Parfeni fortepiano dərsləri alıb.

2008-ci ildə “Sunstroke Project” qrupunun solisti kimi iştirak edib. Bir çox müsabiqələrdə, musiqi festivallarında yer alaraq, qalib olub.

2012-ci ildə ölkəsini “Avroviziya”da təmsil etmək hüququ qazanıb. 2020-ci ildə yenidən milli finalda bəxtini sınasa da, uğur qazana bilməyib.