Musiqi
Musiqi

Avroviziya üçün biletlər bu tarixdə satışa çıxarılacaq

Avroviziya üçün biletlər bu tarixdə satışa çıxarılacaq

Builki Avroviziya mahnı müsabiqəsinin bilet satışlarının başlayacağı tarix açıqlanıb.

OLAY yazır ki, martın 7-dən etibarən 9-13 may tarixlərində Liverpuldakı yarışmanı izləmək istəyənlər biletləri əldə edə biləcəklər.

Biletlər “Ticketmaster” vasitəsilə satışa çıxarılacaq. Təxmini qiymətlər isə 30-380 sterlinqdir (61-775 manat). Yarıfinal biletləri 90-290 (183-590 manat), final isə 160-380 (325-775 manat) sterlinq arasında dəyişir.