Məşhur sənətçi Sertap Erenerin 9 mart Azərbaycan konsertinin gəliri zəlzələ qurbanlarına bağışlanacaq.
OLAY yazır ki, bu barədə konsertin təşkilatçıları məlumat verib. Qeyd olunub ki, müğənni tədbirdən əldə etdiyi qazancı AFAD-a bağışlayacaq.
Qeyd edək ki, konsert “Kevents” və “Peachline”nın təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində reallaşacaq.