Polşa “Tu bije serce Europy” adlı milli finalda 2023-cü il Avroviziya təmsilçisini və mahnısını müəyyən edib.
OLAY yazır ki, 10 namizədin mübarizə apardığı milli finalda Polşanı təmsil edəcək ad 50% münsiflər heyəti və 50% ictimai səslə müəyyən edilib. Münsiflər heyətinin səsverməsində birinci olan Blanka “Solo” mahnısı ilə ölkəsini təmsil etmək hüququ qazanıb.
Lakin onun lider olması ölkədə qalmaqala səbəb olub və ona qarşı imza kampaniyasının start götürməsi ilə nəticələnib. Buna səbəb sənətçinin jüri idarə heyətinin sədri Edyta Gorniakın oğlu ilə sevgili olmasıdır.
Blanka kimdir?
Blanka Staykovanın 23 yaşı var, polyak və bolqar əsillidir. 13 yaşında ikən “Strong Enough” adlı mahnısını təqdim edib. O, 2021-ci ildə “Top-Model” adlı televiziya şousunda iştirak edib və daha sonra “Warner Music Poland” ilə müqavilə bağlayıb.