Musiqi
Musiqi

Valeri Meladzeyə daha bir zərbə!

Valeri Meladzeyə daha bir zərbə!

Rusiyanın Əməkdar artisti Valeri Meladzenin “MB Pro” şirkətinin bank hesabları bloklanıb.

OLAY yazır ki, buna səbəb isə onun vergi borcunun olmasıdır.  20 il əvvəl qeydiyyatdan keçən şirkət 2022-ci ilin payızında ləğvetmə proseduruna başlayıb.

Qeyd edək ki, bundan əvvəl jurnalist Otar Kuşanaşvili Ukraynayönlü bəyanatlardan şübhələndikdən sonra müğənni Valeri Meladzenin Rusiyada əsas gəlir mənbəyini itirməsi ilə bağlı yayılan xəbərləri təkzib etmişdi. Meladzenin əsas gəlirinin itirilməsi ilə bağlı söz-söhbət sənətçinin Rusiyanın bir sıra şəhərlərindəki çıxışlarının ləğvindən sonra yaranıb. Məsələn, müğənninin 2 mayda baş tutması planlaşdırılan Krasnoyarsk konserti də həyata keçməyəcək.