Türkiyədə dövlət idarələrinin birindən 136 məşhurun şəxsi məlumatları oğurlanıb.
OLAY yazır ki, həmin məşhurların daşınmaz əmlakları ilə bağlı məlumatlar ifşa olunub.
Məlumatları yayan iki işçi haqda 6 ilə qədər həbs cəzası istənilib.
İfşa olunan məşhurların sırasında isə İrem Sak, Simge Sağın, Bensu Soral, Burcu Biricik, Mazhar Alanson, Serdar Ortaç, Bade İşçil, Yasmin Erbil, Serenay Sarıkaya, Berrak Tüzünataç, Hülya Avşar, Yıldız Tilbe, Engin Altan Düzyatan, Şeyma Subaşı və Sinem Kobal kimi simalar var.