Müğənni Eldar Qasımov “Avroviziya” Mahnı Müsabiqəsinin musiqi prodüseri olub.
OLAY yazır ki, bununla bağlı sənətçi instaqram hesabından məlumat paylaşıb.
O, “İctimai” televiziyanın “Avroviziya-2023”də Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri olmaq barədə təklifini qəbul etdiyini bildirib:
“Həyatımı 180 dərəcə dəyişdirən, 2011-ci ildən bəri məni “Avroviziya”yla bağlayan çox şey oldu. Xüsusilə, xoş xatirələr və emosiyalar. İndi isə vaxt (və dəvət) qəldi. Bu dəfə peşəkar mənada yenidən ora qayıdıram. İTV-nin “Avroviziya-2023”də Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri olmaq təklifini qəbul etdim. Düzünü desəm, ağlımdan və könlümdən çox şey keçir, amma ən çox yenidən ürəyimi bu işə vermək istəyi...”.
Qeyd edək ki, Eldar Nigar Camalla birgə 2011-ci ildə sözügedən müsabiqənin qalibi olub.