Türkiyənin rok ulduzu Haluk Levent nümunəvi addım atıb.
OLAY yazır ki, sənətçinin tvitter hesabında yaydığı məlumata əsasən, o, qızlar üçün yataqxana açmağı planlaşdırır.
Qeyd olunub ki, layihə 2023-cü ilin oktyabrında təhvil veriləcək. İlkin olaraq, Beyoğlundakı məkan 200 nəfər qız üçün nəzərdə tutulacaq.
Bundan əlavə, tələbələrdən 4 il ərzində ödəniş alınmayacaq.