Musiqi
Musiqi

Röya Nicatla duet oxuyacaq

Röya Nicatla duet oxuyacaq

Xalq artisti Röya Ayxan komediya aktyoru Nicat Rəhimovla birgə yeni layihəyə imza atıb. 

OLAY yazır ki, bu barədə estrada ulduzunun mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, R. Ayxanla Nicat ilk dəfə duet oxuyacaqlar. Belə ki, iki məşhur sima sözləri və musiqisi Ceyhun Bayramlıya (Jay Hun) məxsus “Dəli kimi” mahnısını birgə ifa edəcəklər.

Azərbaycan və ingilis dilində yazılan mahnı tezliklə ekranlaşdırılacaq və klip qısa müddətdə tamaşaçılara təqdim olunacaq.