Rəşad Dağlı qətli törətdikdən sonra polis bölməsinə gələrək cinayətini etiraf edib və təslim olub.
OLAY yazır ki, bunu DİN-in Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev bildirib.
“Məlumata görə, onlar arasında daha əvvəl də ədavət olub”, - deyə, E.Hacıyev qeyd edib.
Xatırladaq ki, Rəşad Dağlı mübahisə zəminində qonşusu İsgəndər adlı şəxsi bıçaqlayaraq öldürüb.