Amerika sosial şəbəkəsi tvitter abunəçi hesablarının yoxlanması üçün pullu sistemin tətbiqini təxirə salıb.
OLAY yazır ki, bu barədə “The New York Times” xəbər yayıb. Qeyd olunub ki, sistem ABŞ Konqresi seçimlərindən sonra reallaşacaq.
Şirkətin sözçüsü nəşrə bildirib ki, onlar seçkilərdən sonra buraxılışını noyabrın 9-na keçirmək qərarına gəliblər.
Əvvəllər məlum olub ki, ABŞ, Kanada, Avstraliya, Böyük Britaniya və Yeni Zelandiyadakı müştərilər ilk olaraq mavi təsdiqlənmə nişanı üçün ayda 8 dollar ödəniş edəcəklər.