Böyük Britaniya kralı III Çarlzın iki iqamətgahında - Bukingem sarayında və Vindzor qəsrində bağbanlar üçün vakansiyalar açılıb.
OLAY yazır ki, bu barədə “Daily Mail” məlumat yayıb. Qeyd olunur ki, Bukingem sarayında bir bağbana 39 saatlıq iş həftəsi əsasında ildə 40.000 funt-sterlinq maaş təklif olunur.
İş təsvirində həmçinin qeyd olunur ki, gələcək bağban hamının heyran olduğu bağçaya qulluq edəcək və beynəlxalq miqyasda tanınan bir qurumda çalışacaq.
Oxşar tələblər Vindsor qalasının bağbanı roluna namizədə aiddir. Ona ildə 38 min funt-sterlinq maaş vəd edilir.