Aktyor Tim Rotun oğlu Kormak 25 yaşında vəfat edib.
OLAY yazır ki, Kormak oktyabrın 16-da vəfat edib. Ölümün səbəbi oğlanın bir il mübarizə apardığı nadir bir xərçəng növü olub.
Qeyd edək ki, 2021-ci ilin noyabrında Kormaka 3-cü mərhələdə testis germ hüceyrəli şişi və nadir bir xəstəlik olan xoriokarsinoma diaqnozu qoyuldu.
Xəstəlik səbəbindən o, eşitmə qabiliyyətinin yarısını itirmişdi.