Şahzadə Harrinin çoxdan gözlənilən xatirə kitabı 2023-cü ilin yanvarında nəşr olunacaq.
OLAY yazır ki, bu barədə “Page Six” nəşri məlumat yayıb. Bildirilir ki, sentyabrın sonunda kral yazıçısı, “Qisas: Meqan, Harri və Windsorlar arasındakı müharibə” kitabının müəllifi Tom Bauer jurnalistlərə bildirib ki, hersoq kitabının məzmununda dəyişiklik etmək istəyir. Çünki ölüm fonunda II Elizabetin bəzi ifadələri nəzakətsiz görünə bilər.
Yazıçı əlavə edib ki, Harrinin qarşıdan gələn kitabı kral ailəsinin üzvləri üçün “saatlı bomba”dır.
Memuarda Harrinin uşaqlığından danışacağı, şahzadə Diana və valideynlərinin boşanması ilə bağlı xatirələrini bölüşəcəyi, atası Çarlz, qardaşı Uilyam və ögey anası Kamilla ilə münasibətlərindən yazacağı gözlənilir.