Müğənni Sibel Can oğlu Engincan Ural üçün 3 gün toy edəcək.
OLAY yazır ki, bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb. Bildirilir ki, Engincanın Merve Kaya ilə toyuna 200 nəfər dəvət edilib.
Qeyd edək ki, Engincan bir müddətdir sevgili olduğu Merve Kayaya bu ilin yazında evlilıik təklif etmiş, “hə” mərasimindən fotolar sosial şəbəkələrdə yayılmışdı.
Xatırladaq ki, Engincan Sibel Canın Hakan Uralla evliliyindən dünyaya gələn övladıdır.