"30 ildən sonra həyat yoldaşımın qəbirini ziyarət edim".
Olay.az xəbrə verir ki, bunu əməkdar artist, Opera və Balet Teatrının solisti Gülüstan Əliyeva Cəbrayıl rayonuna səfərindən danışarkən deyib.O bildirib ki, ermənilər şəhid Zahid Əhmədovun qəbrini dağıdıblar:
"Qəbirdən heç nə qalmayıb, dağıdıblar. Kənddə görüləsi heç nə yoxdur, hər yer dağılıb-uçurulub. Amma hər yerdə bərpa işləri gedir. Hələ özümə gələ bilməmişəm".
Qeyd edək ki, Gülüstan Əliyevanın həyat yoldaşı Zahid Əhmədov 1991-ci ildə Qarabağ müharibəsində şəhid olub.