Fotosessiya
Fotosessiya

Həm Cemin, həm də İremin dostunun yanındadır

Həm Cemin, həm də İremin dostunun yanındadır

Adları eşq dedi-qodularında hallanan azərbaycanlı model Nərgiz Nəsrullayeva və türk müğənni Cem Belevi eyni məkanda olub.

OLAY yazır ki, Cem ötən gün Alaçatı Çeşmedə konsert verib. Nərgiz isə bu gün həmin ərazidən paylaşım edib.

Nəsrullayeva sosial media fenomeni Burak Altındağın Çeşmedəki restoranına gedib. O, həm Cemin, həm də onun keçmiş sevgilisi İrem Dericinin dostu olan Burakla fotosunu instaqramda paylaşıb.

Qeyd edək ki, Cemin İremə Nərgizlə xəyanət etdiyi iddia olunmuşdu. Derici özü də açıqlama verərək eks-sevgilisi haqda “Siz də onun əsərlərini gördünüz. Məsələn, qardaşı ölkə dilbəri” açıqlamasını vermişdi.

Lakin Belevi özü xəyanət iddialarını yalanlamışdı. Model isə məsələ ilə bağlı səssiz qalmışdı.