Mayın 27-də Azərbaycan Prezidenti İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşüb və onlarla söhbət edib.
OLAY yazır ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Dövlət başçısını salamlayan sakinlər deyiblər: Xoş gəlmisiniz, cənab Prezident.
Prezident İlham Əliyev: Sağ olun.
Sakin: Cənab Prezident, üçüncü dəfədir Sizinlə görüşürük.
Prezident İlham Əliyev: Salam, necəsiniz?
Sakin: Çox sağ olun.
Prezident İlham Əliyev: Birinci gələnlərdənsiniz, elədimi?
Sakin: Bəli, birinci gələnlərdənik.
Sakin: Olar, bəlkə bizim evdə bir şəkil çəkdirək?
Prezident İlham Əliyev: Olar, çəkdirək.
Sakin: Cənab Prezident, bu da xüsusi təyinatlıdır.
Prezident İlham Əliyev: Ay maşallah, ay maşallah. Neçə yaşı var?
Sakin: Beş.
Prezident İlham Əliyev: Maşallah. Rütbəsi də var.
Sakin: Bəli, bəli.
Prezident İlham Əliyev: Rütbəni kim verib sənə, özün? Sən mütləq general olacaqsan. Necə yaşayırsınız?
Sakinlər: Çox şükür, yaxşı. Hər şey yaxşıdır. Gözəl havası, gözəl suyu.
Sakin: Biz elə birinci köçənlərdənik, o vaxtdan da burada yaşayırıq.
Prezident İlham Əliyev: Bəli, birinci köçənlərdən.
Sakin: Biz də Əməkdar müəllimlərik. Sizinlə şəkil çəkdirmək istəyirik, şagirdlərimizlə, zəhmət olmasa.
Prezident İlham Əliyev: Gəlin, belə duraq. Burada harada dursan yenə də cənnət görünür. Balacanı da mən götürüm qucağıma. Balaca, gəl buraya.
Sakinlər: Çox sağ olun. Allah Sizə ömür versin, cansağlığı versin.
Prezident İlham Əliyev: Sağ olun, sizə də cansağlığı. Məktəbdə işlər yaxşıdır?
Sakin: Bəli, əladır, çox gözəldir.
Prezident İlham Əliyev: Həyətyanı sahə var?
Sakin: Bəli, var. Çox sağ olun, təşəkkür edirəm, cənab Prezident.
Prezident İlham Əliyev: Sabah bayram günüdür. Bayram münasibətilə sizi təbrik edirəm.
Sakinlər: Çox sağ olun, var olun, cənab Prezident. Allah Sizə ömür versin.