Xalq artisti Firəngiz Mütəllimova 32 il əvvəl filmə çəkildiyi Fidan adlı kiçik qızla bir araya gəlib.
OLAY yazır ki, sənətçi bildirib ki, “Mənim ağ şəhərim” filmində Fidan onun qızını canlandırıb.
“Mənim ağ şəhərim"də balaca qızımı oynayan Fidan. İllər necə sürətlə keçib. Maşallah, balama” - deyə, F.Mütəllimova vurğulayıb.
Xatırladaq ki, “Mənim ağ şəhərim” filmi 1993-cü ildə təqdim edilib. Ekran işində mərhum Xalq artistləri Siyavuş Aslan, Rafael Dadaşov, Amaliya Pənahova, Yaşar Nuri də çəkilib.
Qeyd edək ki, bu gün Xalq artisti Firəngiz Mütəllimovanın doğum günüdür. O, 66 yaşını qeyd edir.