Hollivud ulduzu Jan Klod Van Dammın gəlini, pianoçu Suada Hacızadə həyat yoldaşı Kristoferlə bağlı paylaşım edib.
OLAY yazır ki, musiqiçi əri və sevimli iti ilə bərabər açıq havada restoranların birində əyləndiyi anlarını instaqram səhifəsində izləyiciləri ilə bölüşüb.
Suada sözügedən paylaşımına “Kiçik ailəmizlə əyləncəli vaxt keçirdik” şərhini yazıb.
Qeyd edək ki, Suada 2021-ci ildə Türkiyədə Jan Klod Van Dammın oğlu Kristoferlə nikah masasına oturub. Cütlük Amerika Birləşmir Ştatlarında yaşayır.