Rusiyanın estrada ulduzu əmlak bölgüsü ilə bağlı məhkəmə prosesləri bitdikdən sonra keçmiş həyat yoldaşı, milyarder iş adamı Yan Abramovdan boşanmasından söz açıb.
OLAY yazır ki, bununla bağlı 41 yaşlı sənətçi instaqram səhifəsində post yayımlayıb.
“Keçmiş həyat yoldaşım Yan Abramovla ötən ilin avqustunda rəsmən boşandıq. Bu həm mənim, həm də Yan üçün çətin qərar oldu. Sevinirəm ki, bu gün aramızda heç bir fikir ayrılığı, anlaşılmazlıq, narazılıq yoxdur”.
Alsu, həmçinin qeyd edib ki, o, keçmiş həyat yoldaşı ilə həmişə övladları ilə bağlı olacaq:
“Biz bundan sonra da görüşməyə, onları diqqətlə əhatə etməyə və onları böyüklərə, uzun ömür yolu keçmiş müdrik insanlara yaraşacaq şəkildə böyütməyə davam edəcəyik. Uşaqlarımıza, birlikdə yaşadığımız illər üçün Yana minnətdaram. O, uşaqlarımızı sonsuz sevən və hər zaman hər şeydə yanında olan çox yaxşı və qayğıkeş atadır. Həyatımızda bundan vacib nə ola bilər?! Bu mövzu bağlıdır”.
Xatırladaq ki, Alsunun nümayəndələri jurnalistlərə bildiriblər ki, o, Abramovla barışıq sazişi bağlayıb. Lakin sonradan Yan Abramovun vəkili Aleksandr Dobrovinski bunu təkzib edərək müğənninin iddiasını geri götürdüyünü və bütün tələblərindən imtina etdiyini bildirib.
Qeyd edək ki, Alsu və Yan Abramov 18 illik evlilikdən sonra 2024-cü ilin avqustunda boşanıblar. Cütlüyün üç uşağı var. Boşanmanın səbəbi Abramovun xəyanətləri, o cümlədən reper Timatinin keçmiş sevgilisi Anastasiya Reşetova ilə münasibəti idi. Reşetova sonradan bunu təsdiqləyib. Müğənni boşanma fonunda daha çox ictimaiyyətin gözü qarşısında görünməyə başlayıb. Belə ki, Alsu boşanma yolundan necə keçdiyini danışır və həyatının anlarını bölüşür”.