“Amerika piroqu” filminin ulduzu, 46 yaşlı Ceyson Biggs son halı ilə görənləri təəccübləndirib.
OLAY yazır ki, buna səbəb məşhur aktyorun xeyli çəki ataraq, arıqlaması olub.
“Pafe Six” nəşrinə müsahibə verən Ceyson bildirib ki, 16 kiloqram çəki atıb.
Lakin Ceyson bunun hansı dövrdə baş verdiyini açıqlamayıb.
Biggs bildirib ki, o, ciddi sağlamlıq problemləri - yüksək xolesterol səbəbindən arıqlamaq qərarına gəlib.
Aktyor sərt pəhriz və idman sayəsində arıqlamağa nail olduğunu vurğulayıb.
“Bu asan səyahət deyildi. Amma mənim xolesterol səviyyələrim 70 faiz azaldı” – deyə, Ceyson bildirib.