Fotosessiya
Fotosessiya

87 yaşlı Xalq artistinin səhhətində ciddi problemlər yaranıb

87 yaşlı Xalq artistinin səhhətində ciddi problemlər yaranıb

Son illər Rusiyanın Xalq artisti Edita Pyexa oturaq həyat tərzi keçirir, Sankt-Peterburq yaxınlığındakı Severnaya Samarka kəndindəki evində tənha qalır. Bu səbəbdən müğənni 30 kiloqram çəki alıb ki, bu da onun sağlamlığına mənfir təsir göstərib.

OLAY “Mash” teleqram kanalının istinadən yazır ki, həkimlər 87 yaşlı Pyexa hipertoniya diaqnozu qoyublar, həmçinin yaşla bağlı onda demensiya xəstəliyinin ilkin əlamətləri üzə çıxıb. 

Məlumatlara görə, Editanın yaddaşında problemlər və orientasiya pozğunluğu var. Və ürəyə yükü artıran artıq çəki səbəbindən sənətçi tez-tez yüksək təzyiq və dövri hipertansif böhranlar keçirir. 

Bununla bağlı estrada ulduzu mütəmadi olaraq təcili yardıma müraciətlər edir. 

Xatırladaq ki, 2021-ci ildə Edita Pyexa konsert fəaliyyətini başa vuraraq təcrid olunmuş həyat tərzi keçirməyə başlayıb. O, Severnaya Samarka kəndindəki evində tək yaşayır, lakin işçilərin ciddi nəzarəti altındadır. Qohumları tez-tez sənətçiyə baş çəkir, lakin o, pərəstişkarlarını görə bilmədiyi üçün özünü tənha hiss edir. Qızı İlona Bronevitskayanın dediyinə görə, əfsanəvi müğənni ayaqlarındakı problemə görə səhnəni tərk edib: indi ulduz demək olar ki, heç vaxt çölə çıxmır.