Supermodel Cici Hadidin ailəsi - atası, anası və kiçik bacısı Bella sosial şəbəkədə onu 30 yaşı münasibətilə təbrik ediblər.
OLAY yazır ki, ailəsi podium ulduzunun uşaq vaxtı arxiv fotolarını instaqram səhifələrində paylaşıblar.
Şəkillərin birində Cicinin dörd yaşlı qızını qucağına alması əks olunub.
Bella Cici ilə xüsusi əlaqəsini ifadə edən bu fikirləri yazıb:
“30 yaş... Bu qədər uzun müddətdir birlikdə olduğumuza inana bilmirəm. Sən məni formalaşdırdın, öyrətdin, məni sevdin, yanımda oldun və bu gün olduğum kimi olmağa sövq etdin. Sən ən gülməli, ən gözəl, ən yaradıcı, sevən və qayğıkeş böyük bacısan. Və sənin övladın üçün ən yaxşı anaya çevrilməni izləmək mənim üçün ən yaxşı hədiyyədir”.
Modelin anası Yolanda Hadid qızına “anası olaraq onu seçdiyi” üçün təşəkkür edib:
“Sənə nə yaşatsam da, tərəddüd etmədən bunu etdin. İstər xizək, konki sürmə, istər at çapmaq, istərsə də sörfinq. Sən həmişə qorxmaz idin və bu cəsarət həyatda gördüyün hər şeydə özünü göstərir. Mohamed Hadid qızını “mələk” və özü üçün “təmiz hava nəfəsi” adlandırıb.
Qeyd edək ki, Cici Hadid Fələstin-Hollandiya əsilli amerikalı supermodeldir. Hadid çıxışı üçün dünyanın ən yüksək qonorarı alan modellərindən biridir. Anası da keçmiş modeldir, atası tikinti şirkətinin sahibidir, indi boşanıblar. Onun 28 yaşlı bacısı Bella ilə yanaşı, 25 yaşlı Ənvər adlı qardaşı da var. Cicic keçmiş “One Direction” pop qrupunun üzvü Zeyn Malik ilə dörd yaşlı qızı var. Təxminən bir il yarımdır ki, Hollivud aktyoru Bredli Kuperlə görüşür.