Amerikalı məşhur aktrisa Cessika Alba 17 illik evliliyindən sonra ayrıldığı həyat yoldaşı Keş Uarren ilə yenidən bir araya gəlib.
OLAY yazır ki, sənətçi fevralın 7-də boşanmaq üçün məhkəməyə müraciət etsə də, varisləri (16 yaşlı Honor, 13 yaşlı Heyven və 7 yaşlı Hayesi – red.) naminə əri ilə yenidən bir araya gəlib.
Buna səbəb isə “Pasxa” bayramı olub.
Cessika instaqram səhifəsində bayramla əlaqədar çəkdiyi ailə şəklini yayımlayıb.
Qeyd edək ki, Los-Anceles məhkəməsinin qeydlərinə görə, cütlüyün ayrılığın səbəbi “barışmaz fikir ayrılıqları” olub. Aydındır ki, ifadə formal xarakter daşıyır. Hətta məşhurun özünün açıqlamaları da boşanmanın əsl motivlərinə aydınlıq gətirmir.